Peyvənd göstəriciləri niyə sıfırdır? - TƏBİB səbəbi açıqladı

Hazırda oxunan: Peyvənd göstəriciləri niyə sıfırdır? - TƏBİB səbəbi açıqladı

73836

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər peyvənd göstəricilərinin sıfır olmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsi hazırda ölkə ərazisində uğurla davam etdirilir. 

“Məlumat üçün qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçiləri və risk qrupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub. 

Son iki il ərzində virusla mübarizə tədbirləri ilə bağlı tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Yoluxmanın tempinin kəskin azaldılması, eyni zamanda, virusa qarşı kütləvi immunitetin formalaşdığı əsas götürülərək may ayı ərzində qeyri-iş günlərində peyvəndlənmə prosesində iştirak edən tibb işçilərinə də istirahət verilməsi qərara alınıb.
Statistikanın az olması qeyri-iş günlərində peyvənd prosesinin həyata keçirilməməsi ilə bağlıdır. Hazırda peyvəndlənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə ən yaxın tibb müəssisəsində peyvənd oluna bilərlər”, - qeyd olunub. (Apa) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin