“Ukraynanın Avropa İttifaqına qəbulu bir neçə il, hətta onilliklər tələb edə bilər”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinə münasibət bildirərəkən qeyd edib.
Belə ki, Strasburqda Avropa Parlamentində Avropanın gələcəyinə dair konfransın bağlanışında çıxışı zamanı Makron"Biz hamımız yaxşı bilirik ki, Aİ-yə daxil olmağa icazə verilməsi prosesi bir neçə il, hətta düzünü desək, onilliklər çəkəcək. Təbii ki, Avropa İttifaqına daxil olmaq üçün standartları aşağı salmağa qərar verməsək", - deyə bildirib.
Xatırladaq ki, bu il fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Ertəsi gün Avropa Parlamenti Ukraynaya namizəd ölkə statusu verən qətnaməni dəstəkləyib.
Bizim.Media
- A-
- A
- A+
COP29
17:06 / 09.05.2022
Makrondan Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Makrondan Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Makrondan Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı AÇIQLAMA
73467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.