Hansı xəstəliklərimizi pulsuz müalicə edə bilərik? - SİYAHI

Hazırda oxunan: Hansı xəstəliklərimizi pulsuz müalicə edə bilərik? - SİYAHI

73113

Bütün ölkə vətəndaşları (sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs) İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər. Tibbi xidmətə ehtiyac yarandığı təqdirdə, TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Bizim.Media İcbari Tibbi Sığortanın açıqladığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Ödənişsiz xidmətlərin siyahısını oxuculara təqdim edirik:

1. İlkin səhiyyə xidməti

İlkin səhiyyə xidməti ailə həkimi tərəfindən göstərilir:

1) Ailə həkiminin (sahə-terapevti, sahə-pediatrı) müayinəsi

2) xəstəliklərin erkən aşkarlanması və profilaktikası

3) ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi

4) ixtisaslaşdırılmış tibbi yardım tələb edildiyi halda, sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi

5) hamilə qadınlara doğuşaqədər nəzarət, onların müşahidəsi

6) hamiləlik dövründə, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi və tələb olunduqda müayinə və müalicə üçün göndərişlərin verilməsi

7) yenidoğulmuşların müşahidəsi və tibbi nəzarəti

8) uşaqların icbari dispanserizasiyası

9) uşaqların milli peyvənd təqviminə əsasən immunizasiyası

10) tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılmas.

2. Laboratoriya xidmətləri:

1) kliniki analizlər 

2) biokimyəvi analizlər

3) bakterioloji analizlər

4) immunoloji analizlər

5) infeksiyaların təyini və digər xidmətlər

3. Fizioterapiya xidmətləri:

Fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq olunur. İl ərzində hər bir fizioterapiya xidməti üzrə 10 prosedurdan artıq olmamaq şərtilə həkimin göndərişi əsasında sığortaolunana xidmət göstərilir. 

Həmin xidmətlər: 

1) elektroforez 2) müalicəvi masaj 3) fonoforez 4) maqnit terapiya və digər xidmətlər.

4. İnvaziv radiologiya xidməti

1) angioqrafiya

5. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri

1) ambulans xidməti 

2) ambulator və stasionar şəraitdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri

6. Stasionar tibbi xidmətlər

Stasionar tibbi xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir. 
Bu xidmətə daxildir:

1) ixtisaslı həkim müayinəsi

2) instrumental və laborator müayinələr 

3) sığortaolunanın stasionarda qaldığı müddətdə dərman və tibbi sərf (xüsusi tibbi sərf daxil olmaqla – endoprotez, stent və s.) 

4) xəstəxanadaxili müalicə və cərrahi müdaxilələr invaziv radioloji xidmətlər (angioqrafiya) 

5) fizioterapiya əməliyyat zamanı tələb olunan histopatoloji və sitopatoloji müayinələr

6) palatada yemək xərci, tibb müəssisəsində 12 yaşa qədər uşaqla qalan bir nəfərin yemək xərci

6.1 Stasionarda cərrahi və terapevtik tibbi xidmətlər

Əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar Xidmətlər Zərfinə daxildir:

1) anevrizma əməliyyatları 

2) baş beyin və beyin qişalarında aparılan əməliyyatlar 

3) aorta-koronar şuntlama əməliyyatı anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi 

4) ağciyər əməliyyatları 

5) diafraqmal yırtıqların cərrahi müalicəsi

6) koxlear implant sisteminin yerləşdirilməsi 

7) oynaqdaxili endoprotezlərin yerləşdirilməsi 

8) prostat vəzidə aparılan əməliyyatlar 

9) miokard infarktının müalicəsi

10) beyin insultunun müalicəsi 

11) ürəyin işemik xəstəliyinin, ürək çatışmazlığının müalicəsi 

12) serebrovaskulyar xəstəliklərin müalicəsi

7. İxtisaslaşdırılmış ambulator tibbi xidmətlər

Ambulator tibbi xidmət sığortaolunana həkim göndərişi əsasında göstərilir:

1) ixtisaslı həkimin müayinəsi

2) müvafiq laborator və instrumental müayinələr 

3) radioloji xidmətlər (rentgen, USM, KT, MRT və s.)

4) müalicənin təyini, müalicə ilə bağlı məsləhətlərin verilməsi

5) tələb olunduqda sığortaolunanın dispanser müşahidəyə götürülməsi

6) fizioterapiya, müalicəvi masaj xidməti

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin