Düşünün – O zaman beyniniz yenilənəcək – Mütləq oxuyun!

Hazırda oxunan: Düşünün – O zaman beyniniz yenilənəcək – Mütləq oxuyun!

7288

Beyin insan orqanizminin açarıdır. Beyin insan bədənində olan ən qəliz və sirli orqan sayılır. O özündə minlərlə siniri cəm edir və bu sinirlərin hər biri insan orqanizmində müəyyən bir nöqtə ilə əlaqəlidir. Bəs beyin necə qidalanır? Onu hansı üsullarla qorumaq olar?

Bizim.Media sizə beyin üçün faydalı, onun inkişafında fəal rol oynayan vasitələrin siyahısını təqdim edir.

 

MÖVZU İLƏ BAĞLI:

Beyin orqanizmin açarıdır - Məşhur neyrocərrahdan açıqlama



Nahar etməyən şəxslərin qan şəkərinin səviyyəsi aşağı olur. Bu vəziyyət beyin üçün qeyri-kafi qida tədarük edilməsinə səbəb olur. Nəticədə isə bu hal  beyin degenerasiyasına gətirib çıxarır.

Həddindən artıq yemək yemək də beyin arteriyalarının sərtləşməsinə səbəb olur, bu da zehni gücün azalmasına gətirib çıxarır.

Siqaret çəkmək beyin sinirlərinin qıc olmasına yol açır. Bu isə gələcəkdə insan üçün Altsheymer xəstəliyinə tutulma riskini artırır.

Yüksək miqdarda şəkər istifadəsi zülalların və lazımlı qidaların orqanizm tərəfindən sorulmasını dayandırır və balanssız qidalanmaya səbəb olur. Bu da beynin inkişafına mane olur.

Hava çirklənməsi də beynin fəaliyyətini əngəlləyir. Beyin bədənimizdə ən çox oksigen istehsal edən orqandır. Çirkli havanın tənəffüs edilməsi, beyinə gedən oksigeni azaldır və beynin səmərəsini aşağı salır.

Yuxu çatışmazlığı da beynə mənfi təsir göstərir. Yuxu beynimizin dincəlməsini təmin edir. Yuxudan uzun müddət məhrum olmaq beyin hüceyrələrinin ölümünü sürətləndirir.

Xəstəlik zamanı beyni işlətmək və ya nəsə öyrənmək onun fəaliyyətinin zəifləməsinə yol açır.

Düşünmək beyin gimnastikası üçün ən yaxşı yoldur. Beyni xəbərdar edən düşüncələrin əskikliyi beyin daralmasına yol açır. Tapmaca və xəyal qurmaq beyin üçün yaxşı məşqdir.

Bundan başqa zehni söhbətlər də beyin  fəaliyyətinə müsbət təsir göstərir.

Bizim.Media, Vüqar Ağamalıoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin