Koronavirusa tutulanlar niyə daha çox trombozdan ölür? - AÇIQLAMA

Hazırda oxunan: Koronavirusa tutulanlar niyə daha çox trombozdan ölür? - AÇIQLAMA

6918

Koronavirus infeksiyasına tutanlar arasında trombozdan (qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması) ölənlərin sayı üstünlük təşkil edir.

Bizim.Media İspaniya mediasına istinadən xəbər verir ki, bu COVID-19 xəstələrində neytrofilin yüksək aktivliyi səbəbindən baş verir.

Madrid Universitinin kardioloqu Ana Blasko “Neytrofil yüksək olduqda hüceyrələrin anormal fəaliyyəti qan laxtalanmasına və infarkta səbəb olur”, - deyib.

Alimlərin fikrincə, bu prossesi əngəlləmək üçün neytrofilin meydana gəlməsinin qarşısını almaq lazımdır.

Qeyd edək ki, neytrofillər 10-20 mkm diametrdə, seqmentli nüvəli, qranulları neytral boyalarla rənglənən hüceyrələrdirlər.

Onlar qanın leykositlərinin təxminən 70%, qranulositlərin isə 95% təşkil edirlər. Yaşlı insan orqanizmində bir saat ərzində sümük iliyindən qana 4·108-dən çox neytrofil keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin