Burnumuzdan niyə bədgümanıq? - Plastik əməliyyatların ACI NƏTİCƏLƏRİ 

Hazırda oxunan: Burnumuzdan niyə bədgümanıq? - Plastik əməliyyatların ACI NƏTİCƏLƏRİ 

68807

“İlk dəfə Azərbaycanda 2011-ci ildə plastik cərrahiyyə yarandı və mən ilk plastik cərrah kimi bu günkü vəziyyəti çox yaxşı bilirəm”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Cərrahiyyə Assosiasiyasının idarə heyətinin üzvü, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər söyləyib.

O bildirib ki, plastik cərahiyyəni daha çox baxımlı xanımlar edirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Plastik cərrahiyyədə yeni trendlər: "Braziliya poposu" – Qadınlar niyə Jennifer Lopez olmağa can atır


“Belə bir ifadə də var ki çirkin qadın yoxdur, baxımsız qadın var. Əməliyyat  qırışlar, artıq piylənmə, doğuşdan sonra sinənin sallanmasını aradan qaldırmaq üçün müəyyən yaşdan sonra yeganə çıxış yoludur. Hazırda Azərbaycanda ən çox müraciətlər burun donqarlığının aradan qaldırılması ilə bağlıdır. Ümumiyyətlə, estetik əməliyyatların içərisində 40%-ni burun təşkil edir. Əksər pasiyentlər öz burnundan narazıdır”.

Sahə mütəxəssilərinin olub-olmamasına gəlincə, Vaqif həkim bildirib ki, Azərbaycanda plastik cərrahiyyə ilə məşğul olan mütəxəsislər və qeyri mütəxəsislər var.

Qeyri-peşəkarların etdiyi əməliyyatlar ya fəsada səbəb olur, ya da adamlar inkubator cücələri kimi bir-birlərinə oxşayırlar:

“Mütəxəsislər ATU-nu qurtarandan sonra 5 il o sahə üzrə çalışırlar. Təəssüf ki, son illər qeyri mütəxəsislər də peyda olub. Onlar 2-3 ay kurs keçərək başlayırlar “dəlləklik” etməyə. Gərək patsientlər plastik əməliyyata getməmişdən öncə düzgün seçim etməyi bacarsınlar”.
Psixoloq Gülnarə Abuzarova isə bildirib ki, qadınların plastik əməliyyatlara müraciət etməsində heç bir psixoloji səbəb axtarmaq lazım deyil:

“Sadəcə xanımlar daha gözəl görünmək istəyirlər. Bəzən əməliyyatlar istədikləri kimi alınmayanda bəzi xanımlar stress keçirirlər. Burada psixoloji zədələrin üzə çıxması mümkündür. İndi çevrəmizdə belə stresli adamlara tez-tez rast gəlirik. Uğursuz əməliyyatdan əziyyət çəkən xeyli xanımlarımız var. Ona görə də belə əməliyyatlara getməmişdən öncə seçdiyiniz mütəxəssisi yaxından öyrənmək, incələmək çox vacibdir”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin