Payız və qış mövsümləri gəldiyi zaman yataqdan qalxmaq prosesi çətinləşir, işə və ya dərsə yuxulu halda gedirik, demək olar ki, çox zaman dağınıq və sinirli oluruq. Bəzi insanlarda hətta depressiya yaranır.
Bizim.Media xəbər verir ki, bütün bu əlamətlər orqanizmdə vitamin çatışmazlığı haqqında xəbər verir. Əgər bu vitamin çatışmazlığını bərpa etsək o zaman yenidən sağlıqlı və gümrah həyata davam edə bilərik.
Avitaminoz əlamətləri:
1. Dərinin quruması
E vitamininin çatışmazlığı səbəbindən yaranır. Bunu bərpa etmək üçün rasionunuza qoz-fındıq, yağlı balıq və bitki yağları əlavə edin.
2. Qırılan saç və dırnaqlar:
Bu əlamətlər orqanizmdə B qrupu və kalsium çatışmazlığından xəbər verir. Bu vitaminlərlə əsasən paxlakimilər, buğdakimilər və çörəkdə zəngindir.
3. Damaq qanamaları:
Bu C vitamini çatışmazlığından xəbər verən əlamətdir. C vitamini ilə soğan, sarımsaq, meyvə-tərəvəzlər zəngindir.
4. Pis yuxu və qıcıqlanma
Maqnium və kalium çatışmazlığından xəbər verir. Bu mikroelementlər ərik qurusu, qara gavalı və çuğundurun tərkibində mövcuddur.
5. Gecə titrəmələri
Bu da həmçinin kalium və maqnium çatışmazlığından xəbər verir.
6. Dirsəklərdə dərinin dəyişməsi
Bu C və A vitamini çatışmazlığının aydın əlamətidir. Onlar bütün narınc meyvə və tərəvəzlərin tərkibində vardır: yerkökü, balqabaq, pomidor, ərik və ərik qurusu. (milli.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
06:17 / 30.12.2020
Vitamin çatışmazlığından xəbər verən simptomlar
Hazırda oxunan: Vitamin çatışmazlığından xəbər verən simptomlar
Hazırda oxunan: Vitamin çatışmazlığından xəbər verən simptomlar
6833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.