Moskva xəstəxanalarında İVL süni tənəffüs aparatına qoşulmuş xəstələrin arzularını öyrənən və həyata keçirməyə çalışan könüllülər qrupu maraqlı paylaşımlar ediblər.
Onlar xəstələrin komadan ayılandan və ya aparatdan ayrılandan sonra birinci nə istədiklərini açıqlayıblar.
Bizim.Media xəbər verir ki, İVL aparatından ayrılandan sonra xəstələrin şüuru,nitqi bir müddət dumanlı olur, onlar danışa bilmir və istəklərini kağıza yazırlar. Amma bu zaman da yazı xətləri aydın olmur, sanki barmaqlar qələm tutmağı və yazmağı unudur.
Amma çətinliklə də olsa da xəstələr arzularını yazırlar.
Bu xəstələr uşaq kimi olur: yenidən gəzməyi, nəfəs almağı, yazmağı, danışmağı öyrənir.
O dünyanın astanasından qayıdanların istəkləri də qəribə olub.
“Məsələn, 28 yaşlı qız, 14 gündür aparatda idi. Onun şəkəri var imiş. O, uzun müddət gözləri ilə ünsiyyət qururdu. Nəhayət ki, kağız qələm istədi. Birtəhər yoqurt sözünü yazdı. Bu hamımızı sevindirdi. Sabahı o dəri üçün yağ istədi. İVL-də yatanların dərisi kağız kimi quru olur və bu onları incidir. Biz ona ərik, şaftalı yağı gətirdik və bütün dərisinə yüngülcə çəkdik".
''Bir qadın isə adi kök istədi. Biz ona həm bişmiş kök, həm də təzə kökün şirəsini gətirdik. Bir qaşıq yedi, gözləri güldü''.
''Qafqazdan olan bir pasiyent isə evdəki kimi yeməklər istədi. Təzə tərəvəz, pendir, bulka, kolbasa, meyvə. O gətirilənləri tibb bacıları və digər xəstələrlə bölüşürdü. Deyirdi, qonağım olun''.
''Yaşlı xəstələr dərhal xaç kulonu, ikona, İncil kitabı istəyirlər''.
''Bir nənə isə qara çörəklə sarımsaq istədi''.
"Aparatdan ayrılan xəstələr əl-ayaqlarının beyinə tabe olmadığını və hərəkətsiz qaldıqlarını görüb panikaya düşürlər. Dərhal gəzmək, hərəkət etmək üçün kömək istəyirlər. Onlara reabilitasiya keçirik''.
"Ən ağırlar 70-80 yaşlılar olur. Onların heç nəyə ümidləri yoxdur. Övladlarını görüb ölmək istəyirlər. Onlara başa salırıq ki, siz ölmürsüz, əksinə aparatdan ayrılmısız. Amma inanmaq istəmirlər. Onlara kilsədən keşiş, psixoloq gətiririk ki, söhbət etsinlər".
"Gündə 3 dəfə xəstələrlə ailələri arasında videozənglər təşkil edirik".
"Hətta huşsuz olan xəstələrin də görüntülərini birbaşa zəngdə göstəririk ki, ailə üzvləri xəstənin aparatda da olsa sağ olduğunu görsünlər".
"Biz xəstələri tez-tez qucaqlayırıq. Qucaqlayandan sonra onlar sakitləşir. Həkimlərin buna vaxtı yoxdur, onların hislərə qapılmağa ixtiyarları da yoxdur” (Medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
06:58 / 28.12.2020
Sarımsaq, ikona, yağ, krem, çörək..... - ölümdən qayıdanların arzuları - FOTO
Hazırda oxunan: Sarımsaq, ikona, yağ, krem, çörək..... - ölümdən qayıdanların arzuları - FOTO
Hazırda oxunan: Sarımsaq, ikona, yağ, krem, çörək..... - ölümdən qayıdanların arzuları - FOTO
6570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.