Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirildi - Kimlərə vurulacaq?

Hazırda oxunan: Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirildi - Kimlərə vurulacaq?

63810

Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakı Sağlamlıq Mərkəzində keçirilən tədbirdə Mərkəzin icraçı direktoru Asiman Həsənov deyib. 

 “TURKOVAC” vaksininin kimlərə vurulacağı məsələsinə aydınlıq gətirən A. Həsənov klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu xatırladıb.

Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: 

“Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin