Belarusdan sonra Argentina Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Dərman, Qida və Sağlamlıq Texnologiyaları İdarəsi (ANMAT) əməkdaşları araşdırmalar nəticəsində peyvəndin etibarlı olduğunu müəyyən ediblər.
Cümə axşamı Argentinaya 300 min dozanın çatdırılması planlaşdırılan “Sputnik V” ölkədə təsdiqlənmiş ikinci “COVID-19” peyvəndi olub. Vaksinin gələn həftədən tətbiqi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:35 / 24.12.2020
Bu ölkə də Rusiya vaksinini təsdiqlədi
Hazırda oxunan: Bu ölkə də Rusiya vaksinini təsdiqlədi
Hazırda oxunan: Bu ölkə də Rusiya vaksinini təsdiqlədi
6205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.