Acqarına və yeməkdən sonra qəhvə içmək həzm sistemi üçün bomba qədər təhlükəlidir.
Bizim.Media xəbər verir ki, 2020-ci ildə aparılan elmi araşdırmada qəhvənin qanda şəkəri qaldırdığı və diabet riski yaratdığı sübut olunub.
Qəhvədən öncə bir qədər səhər yeməyi yeyənlər qanda qlükozanın qəfil artımı ilə üzləşməyib.
Qəhvə mədədə olan həzm sfinkteri və klapanın işini pozur, bu da reflüksə, mədə turşuluğunun artmasına səbəb olur.
Qəhvə mədənin selikli qişasını qıcıqlandırır, pH balansını pozur.
Lakin qəhvə ilə birgə pendir, yumurta, yulaf yedikdə ümumi turşuluğu aşağı salır. Mədənin pH balansına uyğun içki yaşıl çaydır.
Uzun müddət acqarına qəhvə içmək ezofagit adlı xəstəliyə səbəb olur, bu da qida borusunun iltihabıdır.
Müalicəsi çətin və gələcəkdə xərçəngə çevrilmə riski çoxdur.
Bizim.Media
- A-
- A
- A+
COP29
04:26 / 19.02.2022
Acqarına qəhvə içmək təhlükəlidir?
Hazırda oxunan: Acqarına qəhvə içmək təhlükəlidir?
Hazırda oxunan: Acqarına qəhvə içmək təhlükəlidir?
60835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.