Bu ölkədə koronavirusun daha yeni növü aşkarlandı

Hazırda oxunan: Bu ölkədə koronavirusun daha yeni növü aşkarlandı

6063

Braziliyada koronavirusun yeni ştammı aşkar edilib.

Bizim.Media xəbər verir ki, virusun yeni növünə Rio-de-Janeyroda rast gəlinib.

Braziliyalı alimlər yeni yoluxucu virusun iyul ayında Rio-de-Janeyroda ortaya çıxdığını, sonra əyalətin 19 şəhərində tapıldığını müəyyənləşdiriblər. Bildirlib ki, ümumilikdə 180 genomdan 38-ində mutasiya aşkarlanıb.

İngiltərədə tapılan növ kimi, Braziliyada ortaya çıxan yeni ştammın bütün nümunələrində də S-proteinində “E484K” mutasiyası aşkarlanıb.

İndiyə qədər mütəxəssislər yeni növün daha aqressiv və ya yoluxucu olduğuna dair heç bir dəlilə rastlamayıblar. 

Qeyd edək ki, Braziliyada ilk koronavirusa yoluxma faktı 2020-ci ilin fevralın 26-da qeydə alınıb. Hazırda bu ölkə yoluxanların sayına görə (7 318 821 nəfər) ABŞ və Hindistandan sonra üçüncü yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin