Uğur Şahin koronavirusun yeni növünə qarşı peyvənd hazırlayacaq

Hazırda oxunan: Uğur Şahin koronavirusun yeni növünə qarşı peyvənd hazırlayacaq

5978

"BioNTech” Britaniyada ortaya çıxan koronavirusun yeni mutasiyasına qarşı peyvənd hazırlaya bilər.

Bizim.Media “France Press”ə istinadən xəbər verir ki, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru Uğur Şahin şirkətin 6 həftə ərzində yeni koronavirus növünə qarşı vaksin hazırlaya biləcəyini açıqlayıb.

Şahinin sözlərinə görə, şirkətin “Pfizzer” ilə birlikdə hazırladığı mövcud peyvəndin mutasiya olunmuş növünə qarşı təsirli olması gözlənilir, lakin zərurət yarandıqda preparat birbaşa virusun “İngilis” variantına qarşı peyvəndlənmə üçün uyğunlaşdırıla bilər.

“Texniki olaraq 6 həftə ərzində yeni bir peyvənd istehsal edə bilərik”,- deyə Uğur Şahin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin