Dövlət Gömrük Komitəsinin rəsmi veb saytı yenilənib.
Bizim.Media xəbər verir ki, yeni sayt DGK-nin rəsmi internet resursu olmaqla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün portal rolunu da oynayacaq.
“customs.gov.az” veb saytı Komitənin fəaliyyət istiqamətləri haqqında məlumatların, mövcud və yeni qanunvericilik aktlarının, Komitənin təqdim etdiyi elektron xidmətlərin və yeniliklərin ictimaiyyətin diqqətinə çatdırılmasını təmin edəcək.
MÖVZU İLƏ BAĞLI:
Bu il dövlət büdcəsinin təxminən 16 faizi Gömrük Komitəsi hesabına formalaşacaq
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni saytın, həmçinin mobil versiyası da yaradılıb.
Müasir dizayn üslubu ilə diqqəti cəlb edən saytda DGK tərəfindən göstərilən elektron xidmətlər, bu xidmətlər barədə təlimatlar, statistika, xəbərlər, müraciətlər və s. alt bölmələr təqdim edilir.
Bizim.Media