“Koronavirusa yoluxanlarda daha çox öskürək və yüksək hərarət müşahidə olunur. Bədən hərarəti 39 dərəcəyə qədər yüksələ bilər. Həm koronavirusda, həm də influenza qripində bu əlamətlər görünə bilər. Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur”.
Bizim.Media-nın məlumatına görə, bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yoluxma sayı yüksək olsa da, xəstəxanalarda aktiv xəstələrin sayı azdır.
“Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur. "Omikron" ştammı yüngül keçirilsə də, yoluxuduruculuq qabiliyyəti yüksəkdir. Bu xəstəliyin yüngül keçirilməsinin də səbəbi peyvəndlənmədir”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
COP29
17:21 / 02.02.2022
COVID-19-a yoluxma sayının artmasının əsas səbəbi açıqlandı
Hazırda oxunan: COVID-19-a yoluxma sayının artmasının əsas səbəbi açıqlandı
Hazırda oxunan: COVID-19-a yoluxma sayının artmasının əsas səbəbi açıqlandı
58338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.