Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, bu günə qədər isə ümumilikdə 2 063 754 test icra olunub.
Bizim.Media
- A-
- A
- A+
COP29
17:10 / 20.12.2020
Azərbaycanda daha 2 961 nəfər koronavirusa yoluxub
Hazırda oxunan: Azərbaycanda daha 2 961 nəfər koronavirusa yoluxub
Hazırda oxunan: Azərbaycanda daha 2 961 nəfər koronavirusa yoluxub
5807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.