Aygün Kazımova Türkiyədə fahişəxana açıb? - VİDEO

Hazırda oxunan: Aygün Kazımova Türkiyədə fahişəxana açıb? - VİDEO

57997
İddiaya görə, müğənninin Türkiyədəki evində qızlar zənginlərə təklif edilir.

Azərbaycanın xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açıldığı xəbərləri yayılıb.

“Salam Azərbaycan”nın məlumatına görə, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb. İddiaya görə, Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilir.

Amma verilişin aparıcısı Aytən Səfərova xalq artistilə əlaqə saxlandığını və bu xəbərdən Aygünün özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə olduğunu, icazəsiz heç kimin evə daxil ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, onun evində heç vaxt bu qədər insan olmayıb.

“Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir. Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşımda belə bir “qara piar”la məşğul olur” ”“ deyən xalq artisti həmin vəzifəli şəxsin adını açıqlamaq istəməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin