Azərbaycanda koronavirusa (COVID-19) 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 42 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 61 490 nəfərə çatıb. Ölkədə son sutka ərzində 17 931, hazırkı dövrədək isə 2049239 test aparılıb.
Ümumi ölənlərin sayı 2 175 nəfərdir.
Ümumi yoluxanların sayı 199 127 nəfər, ümumi sağalanların sayı 135 462 nəfərdir.
Bizim.Media