Ömrü uzatmaq üçün sadə bir ÜSUL

Hazırda oxunan: Ömrü uzatmaq üçün sadə bir ÜSUL

55602

Harvard Universitetinin Tibb fakültəsinin alimləri bildiriblər ki, pəhrizinizdə mayonez və marqarini zeytun yağı ilə əvəz etsəniz, gözlənilən ömür uzana bilər. 

Bizim.Media xəbər verir ki, onların araşdırması “Journal of the American College of Cardiology” jurnalında dərc olunub.

Araşdırmanın müəllifləri 90 min könüllünün məlumatlarını tədqiq edərək belə qənaətə gəliblər ki, on qram marqarin, kərə yağı və ya mayonezin müvafiq miqdarda zeytun yağı ilə əvəz edilməsi bir çox xəstəliklərdən ölüm riskini azaldacaq.

"Zeytun yağının daha aktiv istifadəsi ürək-damar xəstəliklərindən ölüm riskinin 19%, xərçəngdən 17%, neyrodegenerativ xəstəliklərdən 29%, tənəffüs xəstəliklərindən 18% azalmasına səbəb olur" deyə onlar qeyd ediblər.

Vurğulayıblar ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi sakinlərinin gündəlik qida rasionunda yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin