Qəfil ölümdən, ürək tutmasından xilas olmaq istəyirsinizsə, BU YAZINI OXUYUN 

Hazırda oxunan: Qəfil ölümdən, ürək tutmasından xilas olmaq istəyirsinizsə, BU YAZINI OXUYUN 

55164

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox duru olanda qanaxmaya meyillilik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir, toxumalar lazımınca qidalana bilmir. Hər iki sistemin işinə qara ciyər cavabdehdir, ona görə də laxtalanma problemləri olan xəstələr qara ciyəri də müalicə etdirməyi yaddan çıxarmamalıdırlar.

Orqanizmdə insan sağlamlığını təmin edən ən vacib iki nöqtə var. Bunlardan birincisi qara ciyər, ikincisi isə yoğun bağırsaqlardır. Bu iki orqan bədənin filtr funksiyasını yerinə yetirir və onlar həmişə təmiz saxlanmalıdır. Ən azı ildə iki dəfə onları təmizləmək lazımdır. Əslində bu orqanları təmiz saxlamağın yolu sağlam qidalanmaqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Məcbur yedizdirməkdən uşaqlarda BU XƏSTƏLİK yarana bilər – Pediatrdan XƏBƏRDARLIQ 


Qanın duru saxlanması da məhz dediyimiz amilə xidmət edir. Yəni, qanı durulaşdırmağa da qidalardan başlamaq lazımdır. Çoxlu ət qəbulu, suyun az içilməsi, az hərəkət etmək, çox duzlu və yağlı yemək kimi vərdişlər qanın qatılaşmasına səbəb olur. Bunun əksinə olaraq çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içilməsi, tünd çaydan, tünd qəhvədən imtina etmək isə qanın durulmasına səbəb olur.

Bizim.Media qanı durulaşdıran bir sıra bitki və vasitələr haqqında məlumat verir:

Məkkəgülü həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır, turşməzə və gözəl dada malikdir, yeməkdən sonra içilməsi məsləhətdir.

Müalicə üçün sofora qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Həmin maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.

Öksəotu parazit bitkidir, ağacların gövdəsi üzərində bitir və onların hesabına qidalanır və ağacı qurudur. Çox səmərəli təzyiqsalıcıdır, kapillyar damarların ötürücülüyünü yaxşılaşdırır.
Nanə həm yaxşı əsəb sakitləşdirici, həm də qanı durulaşdırısı təsir göstərir, dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır.

Zəncəfil hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Qoz böyüklükdə hissə kökdən kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün çox təsirli vasitədir.

Sarıkök dağılmış qara ciyər hüceyrələrini bərpa edir. Gündə 2 dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

Udi-hindi qan durulducu və iltihab əleyhinə güclü təsirli vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

Biyan kökünün tərkibindəki qlisirizin maddəsi xəstələr üçün şəfa mənbəyidir, halsızları sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalıdır.

Sarımsağın qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Limon həm qandurulducu, həm də damar elastikliyini artıran əla vasitədir, tərkibi C vitamini ilə zəngindir.

Qan aldırmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılmışdır və onların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.

Qanın duru saxlanması koronavirusun da qarşısını alan və onun az təsirlə ötüşməsinə səbəb olan faktorlardan biridir. Orqanizmin böhran hallarında yuxarıda qeyd etdiyimiz iki orqanın, qara ciyərin və yoğun bağırsaqların təmizlənməsinə çox böyük ehtiyac var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin