Azərbaycanda şəkər xəstələri üçün dərman istehsalı başladı

Hazırda oxunan: Azərbaycanda şəkər xəstələri üçün dərman istehsalı başladı

54882

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib:

“Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu dərmanın istifadəsi QADAĞAN OLUNDU


Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir.

Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, “R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir.

Belə ki, Beynəlxalq GMP standartları əczaçılıq məhsulları istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək səviyyədə ixtisaslaşması kimi ciddi tələblər qoyur. “R-Pharm” MMC ölkədə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir”, - nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin