Azərbaycanda yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə sözügedən Mərkəzdən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Qonşu ölkədə Omikrona yoluxanların sayı artdı
Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.
Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada “Omikron” variantı ilə uyğun nəticələr aşkar edilməyib. (APA)
Bizim.Media