Buzlu şüşə diaqnozunuz varsa, NƏ ETMƏLİ?

Hazırda oxunan: Buzlu şüşə diaqnozunuz varsa, NƏ ETMƏLİ?

5338

Ciyərdə buzlu şüşənin aşkarlanması ağciyərin zədələnməsi deməkdir. İnsanda buzlu şüşənin olması ağciyərlərin sətəlcəm olması mənasına da gəlir. Ağciyərdə buzlu şüşə tapılanda onu sağaltmaq daha çətindir.

Bizim.Media xəbər verir ki, bunu Tibb Universitetinin şöbə müdiri Səadət Aşurova ağciyərdə buzlu şüşənin təhlükəsindən danışarkən deyib.

Tədris Cərahiyyə klinikasının poliklinika şöbə müdiri Səadət Aşurova deyir ki, ola bilər ki, insanın ağciyəri 50% zədələnsin.

Lakin cavan, sağlam və yanaşı gedən xəstəliyi olmadığı üçün Covid-19-dan sağala bilər. Adam var ki, ciyəri 5 % zədələnə bilər. Ancaq yanaşı  gedən xəstəliyi olduğu üçün ölüm ehtimalının faizi də o qədər çox ola bilər:

“Yanaşı gedən xəstəlik deyərkən, xroniki xəstəliklərdən söhbət gedir. Ürək – damar şəkər, hipertaniya, ağciyər çatışmazlığı, şiş xəstəliyi olan insanların COVİD-19-a yoluxma ehtimalı çoxdur. Çünki onlarda immunitet aşağı olur. Hətta çəkisi artıq olan insanlar da COVİD-19 yoluxma risq qrupuna aidir” 

Şöbə müdiri əlavə edir ki, virusa yoluxmamaq üçün tələb olunan bütün qaydalara əməl etməyi tövsiyyə edir.

Mövzu ilə bağlı Həkim Aydın Əliyev də sosial şəbəkələrdə bu cür faydalı məlumatlar paylaşıb.

Deyir ki, xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər olarsa ilk növbədə coviddən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan yaxma-sıyrıntı-test analizi verməlidir:

“Test analizi mənfi çıxıbsa, lakin yuxarıdakı saydığımız şikayətlər biruzə verilib artırsa, mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir! Əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa dərhal müalicə başlamalıdır! KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çoxdursa və xüsusən yanaşı xəstəliyi varsa, xəstə mütləq stasionar müalicə almalıdır!”

Həmçinin həkim müayinədə 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstələrin şikayətinin cüzi olduğunu da söyləyir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir!

“Yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik olmasınlar, qəti sürətdə antibiotiklər, deksametazon, damar daxili inyeksiyalar-sistemlər etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər!”

Gülşanə Mustafayeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin