TƏBİB-dən uşaqlar arasında yayılan xəstəliklə bağlı AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən uşaqlar arasında yayılan xəstəliklə bağlı AÇIQLAMA

52925

“Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. Delta ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

MÖVZU İLƏ BAĞLI:

Operativ Qərargahın brifinqi başladı – CANLI YAYIM

Onun sözlərinə görə, ölkədə Delta ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır:

“Bununla bağlı bütün imkanlarımız var”.

Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir:

“Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin