Azərbaycanda hər il neçə uşaq ürək qüsuru ilə doğulur? – Kardioloqdan açıqlama

Hazırda oxunan: Azərbaycanda hər il neçə uşaq ürək qüsuru ilə doğulur? – Kardioloqdan açıqlama

52697

“Dünyada uşaqlar və böyüklər arasında ürək qüsuru olan və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı hər il artır. Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında isə ən çox rast gəlinəni anadangəlmə olanlardır. Dünya üzrə hər il 1 milyon dan artıq körpə anadangəlmə ürək qüsuru ilə doğulur. Azərbaycanda isə həmin rəqəm minə bərabərdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri həkim-kardioloq Oqtay Musayev Azərtac-a açıqlamasında səsləndirib.

O, bunun səbəblərini belə izah edib:

“Ana bətnində bətndaxili inkişaf zamanı ananın keçirdiyi stres və xəstəliklər, qidalanma və ekoloji faktorlar bəzi genetik qüsurlarda əhəmiyyət daşıyır, bəzi hallarda isə bətndaxili dövrdə xüsusi manipulyasiyalarla qüsurlara müdaxilə etmək mümkün olur. Lakin əsas müalicə taktikası doğuşdan sonra başlanılır. Qüsura müdaxilə etmək və korreksiyaetmə dövrü düzgün təyin olunmalıdır.

Bəzi qüsurlar var ki, ona doğuşdan dərhal sonra və yaxud körpə dünyaya gəldiyi ilk günlərdə müdaxilə edilməlidir, çünki uşağın həyatı üçün təhlükə yaranır. Bəzi qüsurlar zamanı isə uşağın müəyyən yaş həddinə qədər böyüməsini gözləmək lazım gəlir”.
Həkim-kardioloqun sözlərinə görə, bir çox əlamətləri uşaqlarda ürək qüsurunun göstəricisi hesab etmək olar:

“Doğuş və ya hamiləlik vaxtı ürək müayinəsi aparılmayıbsa, körpə vaxtlarda və ya böyümə çağında hərəkət etməyə başlayanda, yaxud da südəmər dövrdə qidalanmasının geri qaldığını və çəkisinin çoxaldığını hiss etdikdə, uşaq tez-tez tənəffüs yolu xəstəliklərinə mübtəla olanda, ağlayanda, iməkləməyə başlayanda burun-ağız bölgəsində, çox ağlayarkən əllərində və qulaqlarında göyərmələr olanda uşağın ürəyində qüsur ola biləcəyindən şübhələnmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin