Qan bankı vətəndaşlara müraciət etdi: ''Qana tələbat var''

Hazırda oxunan: Qan bankı vətəndaşlara müraciət etdi: ''Qana tələbat var''

5179

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Bizim.Media xəbər verir ki, məlumatda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artdığı bildirilib.

"Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir.

Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb.

Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq.

Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin