Kefir - ən faydalı süd məhsuludur, onun sağlamlığa inanılmaz faydası var.
Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli dietoloq Zülal Yalçın məlumat verib.
O qeyd edib ki, bu fermentləşdirilmiş süd məhsulu probiotik məhsullar arasında birinci yerdədir, çünki tərkibində çoxlu sayda faydalı mikroorqanizmlər var.
"Kefir minerallar və əvəzolunmaz amin turşuları, xüsusilə də fosfor və kalsiumla zəngindir", - deyə mütəxəssis əlavə edib.
Onun sözlərinə görə, kefir bağırsaq florasının qorunması və müəyyən qida maddələrinin sintezi üçün çox vacibdir.
"Bu məhsul həm də şiş əleyhinə təsir göstərir və laktoza və xolesterin səviyyəsini aşağı salır", - deyə həkim vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
COP29
00:39 / 20.12.2021
Kefirin inanılmaz faydaları açıqlandı
Hazırda oxunan: Kefirin inanılmaz faydaları açıqlandı
Hazırda oxunan: Kefirin inanılmaz faydaları açıqlandı
51457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.