Bəzi COVID-19 xəstələri sonsuz və tamamilə keçəl olub – HƏKİM xəbərdarlığı

Hazırda oxunan: Bəzi COVID-19 xəstələri sonsuz və tamamilə keçəl olub – HƏKİM xəbərdarlığı

0:00
0:00
51418

Moskvadakı 52 saylı xəstəxananın baş həkimi Maryana Lısenko koronavirus xəstələrinin bəzilərinin eşitmə qabiliyyətini qismən itirdiyini və ya digər ciddi fəsadlar yaşadığını bildirib. 

Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə mütəxəssis "Rossiya-1" telekanalında yayımlanan “Təhlükəli virus. İkinci il” filmində danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə üzrə COVID-19-a yoluxma ən çox bu rayondadır


“Eşitmə və görmə qabiliyyətini itirmiş xəstələrimiz olub. Yeri gəlmişkən, reanimasiyadan keçən çoxlu xəstələrimiz var. Bizdə hələ də qoxu hissini bərpa edə bilməyən xəstələrimiz yer alır”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, COVID-19-dan sonra qoxu patologiyaları arasında qoxuların dəyişməsi də var. Məsələn, bir adamın burnuna həmişə çürük iyi gəlir.

Bundan əlavə, Lısenko bildirib ki, xəstələrin bəziləri, o cümlədən həm kişilər, həm də qadınlar saçlarını tamamilə itiriblər.
 

Həkim peyvənddən sonra ciddi fəsadların - məsələn, sonsuzluğun - hətta ölümün baş verməsi barədə şayiələr yayanları da qınayıb. 


Lısenkonun sözlərinə görə, sonsuzluğa, eşitmə itkisinə və “ümumiyyətlə həyat keyfiyyətinin pozulmasına” səbəb olan peyvənd deyil, koronavirus xəstəliyidir.

Daha əvvəl qadının koronavirusa yoluxduqdan sonra əl və ayağını itirdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin