Virusoloq Pyotr Çumakov “Radio Rusiya”nın efirində bildirib ki, omikron ştammının süni yaradılma ehtimalları var.
Bizim.Media xəbər verir ki, virusoloqun fikrincə infeksiyanın subvariantı qəsdən “super zəiflədilmiş” yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Omikron ştammı aşkarlanan ölkələrin sayı 77-yə çatdı
Çumakovun belə danışmağına səbəb Cənubi Afrika ştammının DNT-sində mutasiyalar toplusunu görməsidir. Belə ki, bu mutasiyalar daha əvvəlki ştamlar üçün xarakterikdir:
“İndi ingilislər pandemiyanı bitirmək istəyir. Çünki dünyada qəti dəyişikliklərin zamanı çatıb”.
Virusoloq onu da bildirib ki, omikron”da 3 amin turşusu daxiletməsi var və bu, koronavirus mövsümünə uyğundur. Bu detal ştammın təbii yaranmasında peyda ola bilməz.
Bizim.Media