Qida zəhərlənmələrindən qorunmaq üçün BUNLARA DİQQƏT edin

Hazırda oxunan: Qida zəhərlənmələrindən qorunmaq üçün BUNLARA DİQQƏT edin

50532

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  (AQTA) qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamları açıqlayıb.

Bizim.Media xəbər verir ki, həmin məqamlar aşağıdakılardır:

- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etməmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin