Koronavirusun "Omikron" ştammının yayılması riski bir sıra ölkələri sərt tədbirlərə məcbur edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı İsveçrənin Lüsern şəhərində keçirilməsi nəzərdə tutulan 2021-ci il Qış Universiadası ləğv edilib.
MÖVZU İLƏ BAĞLI:
Operativ Qərargah "Omikron" ştamı ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyasının mətbuat xidməti bildirib.
Xatırladaq ki, 30-cu Qış Universiadası bu il dekabrın 11-21-də keçirilməli idi. Bundan əvvəl Universiada yanvar ayından təxirə salınmışdı.
Bizim.Media