Koronavirusa qarşı vaksinlər təzyiq xəstəliyinə səbəb olur? – Səhiyyə Nazirliyindən CAVAB

Hazırda oxunan: Koronavirusa qarşı vaksinlər təzyiq xəstəliyinə səbəb olur? – Səhiyyə Nazirliyindən CAVAB

47408

Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez təzyiqin qalxması hallarının baş verdiyini iddia edirlər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.
 

"Təzyiq xəstəliyi vaxtaşırı kimdəsə yaranır. Əksər insanlar vaksin olunur. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil" - deyə o əlavə edib.


Qeyd edək ki, noyabrın 18-bnə olan məlumata görə, sutka ərzində 35 min 699 nəfərə vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 10 milyon 201 min 533 doza təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin