Ölkədə qızdırmalı xəstələrin sayı niyə ARTIB? – Həkim səbəbindən DANIŞDI

Hazırda oxunan: Ölkədə qızdırmalı xəstələrin sayı niyə ARTIB? – Həkim səbəbindən DANIŞDI

46366

Azərbaycanda böyüklər və uşaqlar arasında qızdırma, ishal, qusma, halsızlıq, boğaz ağırısı ilə müşayiət olunan qripəbənzər xəstəlik yayılıb. Yayılan infeksiyanın mövsümlə əlaqəli, yoxsa koronavirus olması insanlar arasında çaşqınlıq yaradıb. Daha çox azyaşlılar arasında yayılan bu xəstəlik valideynlərin ciddi narahatlığına səbəb olub. 

Çox hallarda infeksion amillə əlaqəli bədəndə üzə çıxan hərarət insanları qorxuya salıb. Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri el arasında həmişə qrip adlandırılıb.

İmmun sistemi güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Əslində, bu xəstəlikləri müxtəlif viruslar, nadir hallarda isə bakteriyalar törədir. Bəzən isə yayıcılıq qabiliyyəti ilə insanlara ötürülür.
 

MÖVZU İLƏ BAĞLI:

“Qızdırma salan dərmanlar virusu yayır” – Qorxulu virus haqqında 7 FAKT


İstənilən halda pandemiya dönəmində qripəbənzər və COVİD-əbənzər xəstəliyin yayılması, əksər insanların müalicəsinin uzun çəkməsi insanlarda təşviş yaradıb. 

Bəzən sözügedən xəstəlikdən dolayı narahatlıqları olanlar səbəbsiz yerə COVID-ə qarşı testdən keçmək məcburiyyətində də qalırlar. 

Bizim.Media-ya bu barədə danışan tanınmış terapevt Rasif Bağırov da istənilən əlamətlə xəstələnənlərin COVID testindən keçmələrini tövsiyə edir:

“Soyuq havalar başlayandan el arasında dediyim qrip və soyuqdəymələr baş qaldırır. Müşahidə edilən xəstəliklərin hamısı COVID deyil. Müəyyən bir qismi mövsümi qriplərlə bağlıdır. Çox vaxt insanlar qorxur. Düşünürlər ki, qızdırma varsa, koronavirusdur.
 

Bəziləri hətta yoxlatdırmağa önəm verir. İstənilən halda kiçik əlamətlər belə baş qaldıran zaman test vermək daha məqsədəuyğundur. Çünki gecikmiş xəstəlik mənfi nəticələrə gətirib çıxara bilər”.


Həkimin sözlərinə görə son vaxtlar qızdırma, halsızlıq, boğaz ağrısı və digər əlamətlərlə müşayiət olunan xəstəliklə bağlı ona da müraciət edənlər var:

“Mövsümlə əlaqədar müraciət edənlər artıb. Bütün yaş göstəriciləri, hətta uşaqlar  arasında bu xəstəliyə tutulanlar var”, - deyə terapevt əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin