Vitamini özündən çox qabığında olan - 5 MEYVƏ

Hazırda oxunan: Vitamini özündən çox qabığında olan - 5 MEYVƏ

46002

Meyvə qabıqları çox vaxt atılsa da, onlar ən azı meyvələri qədər vitaminli və faydalıdırlar.  Hətta aralarında elələri var ki, qabıqlarında olan vitaminlər özündən daha çoxdur.

Bizim.Media qabığı faydalı olan 5 meyvəni təqdim edir:

Portağal qabığı - Portağal qabığı xolesterolu aşağı salmaqda ən böyük köməkçidir. Qanın dövretməsini artırır və ürək xəstəliklərinə qarşı dözümlülük yaratmaqla yanaşı, dəri xərçənginin qarşısını alır.

Kök qabığı - Prostat, mədə, süd vəzi və ağ ciyər kimi xərçəng növlərinə qarşı qoruyucu tərəvəz olan kök qabığı xolesterolu aşağı salır, gözdə kataraktanın yaranmasının qarşısını alır.

Qreyfrut qabığı - Çox faydalıdır, infarkt və iflic kimi yaşana biləcək sağlamlıq problemlərini azaldır. Qreyfrutun qabığından tam faydalana bilmək üçün bıçaq vurmadan istifadə edin.

Alma qabığı - Almanın sağlamlığa olan faydalarından yaxşı istifadə etmək üçün onu qabığı ilə birlikdə yeyin.

Mandarin qabığı - Flavonoidlə zəngin olan mandarin qabığı, adətən bir dərmandır. İmmun sistemini gücləndirmək, dərini cavanlaşdırmaq, sinirləri sakitləşdirmək, dəri xərçənginə və problemlərinə qarşı mübarizə aparmaqda müsbət təsirləri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin