2 doza “Sinovac” peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir.
Bizim.Media xəbər verir ki, bu iddia ilə çıxış edən türkiyəli mütəxəssislər insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün 2 doza “Sinovac” peyvəndinin yetərsiz olduğunu açıqlayıblar.
MÖVZU İLƏ BAĞLI:
“CoronaVAC”ın effektivliyi barədə TƏBİB-dən AÇIQLAMA
İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza “Sinovac” vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:
“İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar” – deyə xəbərdarlıqda qeyd olunub.
Bizim.Media