Beyin sağlamlığı üçün ən faydalı məhsulun balıq olduğu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bunu Fransanın Bordo Universiteti alimləri bildiriblər.
Onlar istehlak edilən balıq məhsullarının həcmi ilə beyin xəstəlikləri arasında birbaşa əlaqənin olduğunu müəyyən ediblər.
“Neurology” jurnalında dərc olunan tədqiqatda yaşı 65-dən yuxarı 1623 nəfər iştirak edib. Onların MRT nəticələrilə qida vərdişləri araşdırılıb.
İştirakçılar istehlak etdikləri balıq məhsullarının həcminə görə dörd qrupa (həftədə 1 dəfə və daha az, 2 dəfə, 3 dəfə, 4 dəfə və daha çox) bölünüb. Daha çox balıq məhsulları yeyən şəxslərdə daha az və daha yüngül beyin xəstəlikləri müşahidə olunub.
Bizim.Media
- A-
- A
- A+
COP29
19:55 / 06.11.2021
Beyin sağlamlığı üçün ən faydalı məhsul hansıdır? – ALİMLƏR AÇIQLADI
Hazırda oxunan: Beyin sağlamlığı üçün ən faydalı məhsul hansıdır? – ALİMLƏR AÇIQLADI
Hazırda oxunan: Beyin sağlamlığı üçün ən faydalı məhsul hansıdır? – ALİMLƏR AÇIQLADI
44937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.