Heyvanın bilmədiyimiz faydaları - Xərçəng riskini azaldır, immuniteti gücləndirir…

Hazırda oxunan: Heyvanın bilmədiyimiz faydaları - Xərçəng riskini azaldır, immuniteti gücləndirir…

44101

Payız meyvələrindən olan heyva ləzzətli olmaqla yanaşı vitamin və minerallarla da zəngindir.  Heyvanın toxluq müddətini uzatmaq, saçları gücləndirmək, mədə-bağırsaq xəstəliklərindən qorumaq, dərini təravətli saxlamaq və.s faydaları var. 

100 qram heyvanın cəmi 40 kalorisi var. Heyvanın yarpağında fenolun miqdarı çoxdur.

Bu səbəbdən də heyva yarpağını qurudub qış aylarında çay kimi içmək çox faydalıdır. A və B vitaminləri ilə zəngindir. 

Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlaşdırmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.

Arıqlamağa faydalıdır - Heyva qanda şəkərin miqdarını çox sürətlə artırmır. Yəni diabetdən əziyyət çəkir və pəhrizdəsinizsə, rahatlıqla heyva yeyə bilərsiniz.Bundan başqa heyva toxluq hissini uzadır və bu da arıqlamağa kömək edir. 

İmmunitet sistemini gücləndirir - Heyvanın tərkibindəki C vitamini və fito kimyəvi maddələr immun sistemini gücləndirir. Heyva orqanizmi virus, bakteriyalara qarşı qoruyur.

Dərini təravətli saxlayır - Heyvanın tərkibindəki dəmir, mis və sink kimi minerallar qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edir. Qırmızı qan hüceyrələri bölünüb çoxaldıqca qan dövranı zamanı daşınan oksigen miqdarını artırır. Bu da dəriyə faydalıdır.

Xərçəng riskini azaldır - Tərkibi antioksidantlarla zəngin olan heyva polifenol(cücərtmə prosesi) vasitəsilə orqanizmi sərbəst radikallara qarşı qoruyur, xərçəng riskini azaldır.

Həzmə kömək edir - Qaz problemini həll etmək, həzmi asanlaşdırmaq üçün qaynadılmış heyva məsləhət görülür. Heyva qəbz problemini həll edir. Xüsusən də, qaynadılmış heyva çox faydalıdır.

Bağırsaq xəstəlikləri riskini azaldır - Mədə və bağırsaqları gücləndirir. İshalı kəsməkdə təsirlidir.Heyvanın tərkibindəki liflər bağırsaq xəstəliklərinə qarşı orqanizmi qoruyur.

Gözlərə xeyirlidir  - Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb suyu ilə gündə bir neçə dəfə gözləri yumaq olar.

Bundan əlavə heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştahı açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin