Moskvada bu gündən etibarən koronavirusa qarşı kütləvi vaksinləməyə başlayır.
Bizim.Media-nın məlumatına görə, bu barədə xəbər paytaxt meriyasının rəsmi saytında verilib.
Peyvəndləmə ilk olaraq risk qrupuna daxil olan insanlarda aparılacaq.
Bura çox sayda insanla təmasda olan vətəndaşlar- müəllimlər, şəhər xidmətlərinin, tibb müəssisələrinin işçiləri də daxildir.
Peyvəndlənmə ödənişsiz həyata keçirilir. Sakinlərin peyvəndlə bağlı qeydiyyatdan keçməsi üçün Moskvda 70 məntəqə fəaliyyət göstərir. Peyvəndlənmə məntəqələrinin saat 8: 00-dan 20:00-dək açıq olacağı bildirilib.
Bizim.Media