Azərbaycanda kollektiv immunitet FORMALAŞIBSA, niyə PEYVƏNDLƏNİRİK?  – ŞOK İDDİA

Hazırda oxunan: Azərbaycanda kollektiv immunitet FORMALAŞIBSA, niyə PEYVƏNDLƏNİRİK?  – ŞOK İDDİA

41142

Azərbaycan tam vaksinləşmiş göstərici üzrə dünyada yüksək yerlərdən birini tutur. Bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir. Belə ki, sentyabrın sonuna qədər Avropa və Mərkəzi Asiya regionunun 5 ölkəsinidə (Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə) tam vaksinlənmiş hesab olunub. 

Qeyd edək ki, Azərbaycanda ümumi vaksinasiya prosesinə cəlb olunanların sayı 9 milyona çatıb.

Konkret desək, 8 milyon 996 min 778 nəfər peyvəndlənmədə iştirak edib. Onlardan 5 milyona yaxını, yəni 4 milyon 889 min 178 nəfəri hər iki doz üzrə vaksinlənib. Nəzərə alsaq ki, 18 yaşdan yuxarı şəxslərin sayı 6 milyon nəfərdir, ölkədə kütləvi vaksinasiya prosesinə start verilib, bundan əlavə dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımız var. Yoluxanları da hesaba alsaq, peyvəndlənmə ilə bağlı statistik rəqəmlər Azərbaycan əhalisinin 90 faizində kollektiv immunitet formalaşıb. 

Maraqlıdır ki, rəsmi qurumlar bu barədə heç nə bəyan etmirlər. Üstəlik yeni qərarla vaksinasiya prosesinə 12- 16 yaşlı uşaqlar da cəlb olunur. 

O zaman niyə peyvəndlənirik?

Bizim.Media-ya bu barədə danışan tanınmış həkim-terapevt Rasif Bağırov vaksinasiya ilə bağlı açıqlanan rəsmi rəqəmlərin şübhə doğurduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd 5-11 yaş uşaqları da qoruyur? - AÇIQLAMA


“Yəqin ki, rəqəmlər vurulan dozaların sayı ilə hesablanır. Vaksinasiya hələ  də davam edir və bu ölkədə yaşamayan nə qədər insan var. Rusiyada 2 milyon, Ukraynada 1 milyon, Türkiyədə və digər ölkələrdə nə qədər azərbaycanlı məskunlaşıb. O zaman Azərbaycan əhalisinin sayı 15 milyonu da ötür. Verilən rəqəmin özü şübhə doğurur. Rəqəmləri şişirdə-şişirdə getməklə deyil, kifayət qədər insan var ki, peyvənd olunmayıb”.

Həkimin sözlərinə görə əslində ölkə əhalisinin 60-70 faizinin peyvəndlənməsi və ya yoluxması kollektiv immunitetin formalaşmasına imkan verir:

“Rəsmi qurumların qeyd etdiyi statistik göstəricilərə görə Azərbaycanda kollektiv immunitet çoxdan formalaşıb. Hər halda rəqəmlər yenidən təhlil olunmalıdır”, - deyə həkim əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin