Azərbaycanda qida borusunun əvəzlənməsi əməliyyatı icra olundu – İLK DƏFƏ - FOTO

Hazırda oxunan: Azərbaycanda qida borusunun əvəzlənməsi əməliyyatı icra olundu – İLK DƏFƏ - FOTO

41069

Azərbaycanda ilk dəfə qida borusunun əvəzlənməsi əməliyyatı icra olunub. 

Bizim.Media xəbər verir ki, qida borusunun fistulsuz atreziyası (qida borusunun böyük qisminin anadangəlmə olmaması) ilə doğulmuş uşağa yenidoğulan dövrdə uşaq cərrahı Gündüz Ağayev tərəfindən Ezafaqo və Qastrostomiya əməliyyatı icra olunub. 

1 il müddətində mədəyə qoyulmuş rezin boru ilə qidalanan uşaq 1 yaşında növbəti cərrahi əməliyyat üçün "Leyla Medical Center"ə gətirilib və xəstəyə yenə Rusiya Federasiyasının tibb elmləri doktoru Gündüz Ağayev tərəfindən, bu qüsur zamanı Azərbaycanda ilk dəfə olaraq qida borusunun əvəzlənməsi əməliyyatı icra edilib.

Əməliyyatda mədə arxa divararalığından, ürəyin, aortanın və traxeyanın arxasından boyuna çıxarılaraq, qida borusunun ucu ilə birləşdirilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin