“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”.
Bizim.Media-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.
O, maskadan düzgün istifadənin də önəmli sayıb:
“Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir”.
Professor yoluxma sayının artmasında əsas faktorun ailədaxili yoluxmalar olduğunu vurğulayıb:
“Bu gün ev şəraitində müalicə alan xəstələrimiz infeksiya mənbəyidir. Ev şəraitində müalicə alanlar özlərini izolyasiya etməlidir. Əks halda, ətrafında olanların da yoluxması üçün şərait yaranır. Evdəki hər bir şəxs yoluxmuş xəstəyə ehtiyatla yanaşmalı, özünü tam mənada təcrid etməlidir”.
Bizim.Media
- A-
- A
- A+
COP29
14:53 / 02.12.2020
Koronavirus sayının artımında əsas faktor ailədaxili yoluxmadır
Hazırda oxunan: Koronavirus sayının artımında əsas faktor ailədaxili yoluxmadır
Hazırda oxunan: Koronavirus sayının artımında əsas faktor ailədaxili yoluxmadır
4093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.