“Koronavirus 2019-cu ilin sonundan etibarən çox qısa müddətdə bütün dünya ölkələrini geniş şəkildə əhatə edərək pandemiyaya çevrildi. Azərbaycan da dünyanın ayrılmaz hissəsidir”.
Bizim.Media-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
O bildirib ki, əvvəllər Azərbaycanda hökumət tərəfindən zamanında bəzi radikal tədbirlər həyata keçirilib:
“Artıq koronavirusa tanıdığımız bioloji düşmən kimi baxırıq. Bu virus ilk dəfə ortaya çıxan virusdur. Viruslara qarşı mübarizə digər bakteriyalara qarşı mübarizədən fərqlidir. Virusun yaşadığı yer hüceyrələrdir. Virusu öldürmək üçün əvvəl hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nəyisə tapdığını iddia edib. Amma hələ də bu virusa qarşı spesifik dərman yoxdur. Vaksin məsələsi də elə.
Çox qısa zamanda dünyanın bir çox laboratoriyasında bu virusa qarşı vaksin hazırlıqları başladı. Hazırda 11 növ vaksin hazırlandığı barədə ABŞ-dakı Qida və Dərman təşkilatına müraciət edilib. Ola bilər ki, 11-dən bir neçəsi təsdiqlənsin. Amma hazırda əlimizdə normal vaksin yoxdur.
Vaksinin nə qədər effekti olacağı da bəlli deyil. Mediada yazılan rəqəm könüllülər üzərində aparılan sınaqlardan alınan nəticəni göstərir. Vaksinasiya başlayandan sonra bunun insanlarda nə qədər effektiv olacağı bəlli deyil. Əlimizdə olan bilgi odur ki, koronavirusa qarşı antitel 4-5 aylıq yaranır. Vaksin çıxsa belə, biz rahatlaşa bilmərik”.
Bizim.Media
- A-
- A
- A+
COP29
14:33 / 02.12.2020
Professor: \'\'Vaksinin nə qədər effekti olacağı bəlli deyil\'\'
Hazırda oxunan: Professor: \'\'Vaksinin nə qədər effekti olacağı bəlli deyil\'\'
Hazırda oxunan: Professor: \'\'Vaksinin nə qədər effekti olacağı bəlli deyil\'\'
4090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.