Xəstəxanalarda boş yer yoxdu - HƏYƏCAN

Hazırda oxunan: Xəstəxanalarda boş yer yoxdu - HƏYƏCAN

3988

Mütəxəssislər daim həyəcan təbili çalaraq, konavirusa yoluxma sayının artacağı halda bizi nələr gözləyəcəyini bildirirdilər. Təəssüf ki, hazırda həmin situasiya ilə üz-üzəyik.  

Bizim.Media apardığı müşahidələrə əsasən xəbər verir ki, xəstələrin sayının artması ilə xəstəxanalarda yer, eləcə də tibbi heyət məhdudluğu, həmçinin təcili tibbi yardım xidməti və dərman ləvazimatları çatışmazlığı kimi problemlər özünü göstərir.

Müşahidə zamanı ağır xəstələrə çağrılan təcili tibbi yardım komandasının saatlar sonra gəlməsinin, gəldikdən sonra xəstəni xəstəxanada yer olmaması səbəbindən aparmaması kimi hallarla az rastlaşmırıq.

Xəstələrdən biri, Fatma Mirzəyeva, yaş 70, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini. Birinci Əli Kərim kücəsi, ev 2, mənzil 1. 

Bəzi məqamlarda hətta şəkərli diabet, hipertoniya, xroniki bronxit kimi yanaşı xəstəlikləri olan xəstəni təcili tibbi yardım əməkdaşları xəstəxanaya aparmadılar. “Aparmağa yer yoxdur” dedilər.

TƏBİB-lə əlaqə saxlayırıq. Bildirilir ki, yoluxma sayı çox olduğundan çağırışlar da çoxdur. Yeni xəstəxanaların açılması ilə bağlı sualımıza bildirildi ki, bu təkcə TƏBİB-in səlahiyyətində deyil və hazırda bununla bağlı heç bir məlumat yoxdur.

Sahə həkimi ilə əlaqə saxlayırıq. Həkim telefonda lazım olan dərmanları təyin etdi. İzolyasiya şəraitində olan xəstənin bu resepti necə və hansı vəsaitlə alacağı sual doğurur.

Açıqlama üçün xəstənin qeydiyyatda olduğu 11 saylı Şəhər Poliklinikasına müraciət edirik. Baş həkim bildirdi ki, poliklinikada dərman ləvazimatı yoxdur:

“Axırıncı dəfə noyabrın 21-də Səhiyyə Nazirliyindən dərman ləvazimatları verilib və bu da xəstələrə paylanılıb. İndi isə dərman yoxdur. Səhiyyə Nazirliyinə təkrar müraciət etmişik. Dərman gözləyirik”.

Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimizsə təəssüf ki, nəticə vermədi. Telefon zəngimiz və göndərdiyimiz sorğu cavabsız qaldı.

Bütün bunları nəzərə alaraq özünüzü qoruyun. Məsuliyyətli olun, COVİD-19 qurbanı olmayın!

Təranə Tofiq qızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin