Kofein ehtiva edən təbii qəhvə xərçəng xəstələrinin simptomlarını yüngülləşdirir.
Bizim.Media xəbər verir ki, bunu Moskvada fəaliyyət göstərən “SM-Klinika”nın baş onkoloqu Aleksandr Seryakov "İzvestiya"ya verdiyi müsahibəsində deyib.
O, ABŞ-da Milli Onkologiya İnstitutunun apardığı elmi araşdırmanın məlumatlarından danışıb, qeyd edib ki, qəhvə içmək xəstələrdə diqqəti, yaddaşı və performansı yaxşılaşdırıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda onkoloji xəstələrin sayı artıb
“Qəhvə emosional əhval-ruhiyyəni və insanın həyatının tonunu yaxşılaşdırır. Xərçəng də daxil olmaqla bəzi xəstəliklərin inkişafının qarşısını alır”, deyə Seryakov bildirib.
Tədqiqat zamanı elm adamları məlumat toplayarkən xərçəng xəstəliyi olmayan 50-71 yaş arası 450 min xəstənin məlumatlarını araşdırıblar.
On il ərzində onların vəziyyəti izlənilib. Bu müddət ərzində təxminən üç min insan melanoma xəstəliyinə tutulub.
Alimlər sorğunun nəticələrini öyrəndikdən sonra bir insanın nə qədər çox qəhvə içdiyini, melanomanın inkişaf riskinin daha aşağı olduğunu qeyd ediblər. Gündə dörd və ya daha çox fincan qəhvə bu xəstəliyin inkişaf riskini 20% azaldır.
Bizim.Media