Azərbaycanda “Mu” ştammına neçə nəfər YOLUXUB? – Rəsmi CAVAB

Hazırda oxunan: Azərbaycanda “Mu” ştammına neçə nəfər YOLUXUB? – Rəsmi CAVAB

38966

"Hazırda Azərbaycanda müvafiq yoxlamalarda hələ ki koronavirusun yeni ştammı ("Mü") aşkar edilməyib.

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qurumdan qeyd olunub ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayevin bildirdiyinə görə  Azərbaycanda “Mu” ştammı aşkar edilməyib.
 

Qeyd edək ki, “Mu” ştammından əvvəl koronavirusun “Britaniya” və  “Delta” ştammları da ortaya çıxmışdı. Bu ştammların yoluxuculuq qabiliyyəti sürətlidir.


“Mu” ştammı isə “Delta”ya nisbətən zəifdir. Alimlər hesab edir ki, müəyyən bir dövrdən sonra virusun mutasiyası nəticəsində yoluxucu, öldürücü qabiliyyətinin zəifləyərək yoxa çıxması gözlənilir. “Mu” ştammının ilə prosesin zəifləməyə doğru gedəcəyi proqnozlaşdırılır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin