“İnsanları öldürən koronavirus deyil” - ŞOK İDDİA            

Hazırda oxunan: “İnsanları öldürən koronavirus deyil” - ŞOK İDDİA            

38402

"1796-cı ildən etibarən, yəni vaksinlərin praktik istifadəsinə başladığı ildən ta bu günədək peyvənd - viral infeksiyalardan ən etibarlı qorunma vasitəsidir. Peyvəndləmə hər il yer kürəsində 3 milyondan çox əhalini ölümün pəncəsindən xilas edir."

Bizim.Media xəbər verir ki, bu sözləri  Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib. 

Professor hesab edir ki, insanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur.

Musa Qəniyev bildirib ki, COVID-19 insanları öldürmür: 

"İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin