Peyvənd 3 dozdan sonra neçə il EFFEKTLİDİR? – Həkimdən CAVAB

Hazırda oxunan: Peyvənd 3 dozdan sonra neçə il EFFEKTLİDİR? – Həkimdən CAVAB

37296

Səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq üçün böyük addımdır. Hazırda koronavirusa görə dünyada bir neçə növdə vaksinasiya prosesi həyata keçir.

Maraqlıdır ki, istehsal olunan peyvənd növlərinin heç biri birdəfəlik dozdan ibarət deyil.

Hər 6 aydan bir dozların yenilənməsi və beləcə bir neçə dəfə peyvənd almaqla bu prosesin davam edəcəyi açıqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Pfizerin içindən ÇÖKÜNTÜ çıxdı – Şirkətdən ETİRAF 


Keçmişə nəzər salsaq, qızılca, məxmərək və suçiçəyi kimi xəstəliklərin qarşısının alınmasında yalnız bir dizdan ibarət peyvənd istehsal olunub və tətbiqi indiyədək həyata keçirilir. 

Bəs, koronavirusa qarşı icad olunan peyvəndlər niyə bir dozdan ibarət deyil?

Tanınmış terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında deyib ki, hər bir xəstəliyin özünün xüsusiyyəti olduğu kimi peyvəndlərin də müxtəlif formalarda istehsalı mümkündür:

“Peyvəndlər xəstəliyin bədəndə yaratdığı immunitetə, tezliyinə və uzunmüddətliliyinə görə fərqlənirlər. Ömürlük immunitet olmur. Çünki 10 il müddətində bədən həmin antitellərdən, hissəciklərdən təmizlənir və nəticədə insan həmin xəstəliyə açıq olur.

Elə peyvənd var ki, uşaqkən orqanizmə iynə şəklində deyil, dilin altına dərman olaraq yeridilir. Bunun bir formada istehsalını hökm edə bilmərik. Yəni hansı peyvənd hansı formada hazırlana bilirsə və effektivsə, o şəkildə də tətbiq edilir”. 

Həkimin sözlərinə görə koronavirusa qarşı hazırlanan peyvənd ilk olaraq ölkəyə gətiriləndə tətbiqində 3 dozun gərək olacağı məlum idi:

“Hər halda peyvəndin 3 dozunun istifadəsindən sonra effekti ən azı 8 il gedəcək. Necə ki, uşaq vaxtı vurduğumuz peyvəndlərin ömrünün 10 il getdiyi kimi... 10 il sonra təkrarlanması üçün xeyli vəsait tələb olunduğundan bu bir partiya buraxılır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin