Xərçəngin dərmanı tapıldı - TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Xərçəngin dərmanı tapıldı - TƏFƏRRÜATLAR 

36514

Böyük Britaniyada xərçəng xəstələrində yaranan şişlərin böyüməsinin qarşısını alan dərman hazırlanıb. 

Bizim.Media xəbər verir ki, Milli Səhiyyə Xidməti (NHS) tərəfindən hazırlanan və “Ölüm ulduzu” (Death Star) adı verilən mutasiya ağciyər xərçəngində yaranan şişin böyüməsini dayandırır. 

Dərman ilk dəfə Avropadakı xəstələrə təqdim olunacaq. 

Klinik tədqiqatlarda sözügedən dərmanın ağciyər xərçənginin böyüməsini 7 ay dayandırdığı sübut edilib. 
 
Milli Səhiyyə Xidməti açıqlama verərək bildirib ki, Britaniyada ağciyər xərçəngi diaqnozu qoyulan təxminən 600 xəstəyə dərmanın veriləcəyi elan olunub. 

 
Hazırlanan dərman pankreas və bağırsaq xərçəngi də daxil olmaqla ən ölümcül xərçəng xəstələrinin müalicəsində böyük bir irəliləyiş yaradacaq. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin