Antibiotiklərin ömürə təsiri?

Hazırda oxunan: Antibiotiklərin ömürə təsiri?

35472

Ömrünüz yalnız antibiotiklərin özündən deyil, həm də bir insanın onları necə qəbul etməsindən də təsirlənir.

Bizim.Media xəbər verir ki, bunu avstraliyalı alimlər Cell Reports jurnalında dərc olunan məqalələrində qeyd ediblər.

Flinders Universiteti, Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqatçıları bu qənaətə gəlib ki, antibiotik qəbul etdikdən sonra bağırsağı yenidən dolduran mikrobioma növü ömrü qısaldır.
 

MÖVZU İLƏ BAĞLI:

Antibiotiklərin insan ömrünə təsirini AÇIQLANDI 


"Antibiotiklərin erkən yaşlarda istifadəsi nəticəsində bağırsaq mikrobiomunun necə dəyişdiyini siçanlarda izlədik.

Gördük ki, antibiotiklərə uzun müddət məruz qalan bağırsaq mikrobiomunun növ müxtəlifliyi xeyli tükənib, əvəzində bağırsaqlarda mikrob "yuvaları" meydana gəlib." - tədqiqat rəhbəri professor Devid Linn bildirib.

Antibiotiklərin təsiri ilə siçanlarda metabolik disfunksiya, həmçinin qanda, qaraciyər və beyin də daxil olmaqla bir çox fərqli toxumalarda iltihab əhəmiyyətli dərəcədə yüksəlib, insulin müqavimətinin artdığı qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin