Koronavirusdan ölüm halları niyə artır? - SƏBƏBLƏR 

Hazırda oxunan: Koronavirusdan ölüm halları niyə artır? - SƏBƏBLƏR 

0:00
0:00
34854

Koronavirusa qarşı vaksinasiya prosesi genişlənir, bununla paralel olaraq yoluxma və ölüm sayı artmaqda və durum ciddi narahatlıq yaratmaqdadır.

Suallar yaranır: Niyə kütləvi immunitet yaranmır? Ölüm sayının artımı nə ilə bağlıdır, burada psixoloji amil də rol oynayırmı?

Həkim terapeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, ölüm sayının artımı üçüncü dalğanın bir və ikinci dalğalardan daha ağır olması ilə əlaqədardır: 

“Burada vaksinasiya prosesi ilə əlaqəli hər hansı məqam yoxdur. Digər tərəfdən isə müalicələr düzgün aparıldığı təqdirdə xəstələr sağalır və elə bir ciddi problem yaranmır. Müalicə düzgün getmədiyi hallarda ölüm baş verə bilər”.

Rasif Bağırov qeyd edib ki, vaksinasiya olunan şəxslər arasında COVID-ə yoluxma hallarına çox az rast gəlinir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanı silkələyən “Delta” ştammıdır - İnfeksionist AÇIQLADI


Psixoloq Tariel Faziloğlu isə Bizim.Media-ya açıqlamasında bildirib ki, ölüm hallarının artmasının psixoloji amillərlə birbaşa əlaqəsi var: 

“Xəstəliklə bağlı informasiyalar daha çox gərgin fonda olduğuna görə, insanlara ölüm qorxusunu tətikləyir. Bu da psixoloji olaraq stress hormonunu yüksəldir və nəticə etibarı ilə ölümlə nəticələnə bilir. Onsuz da insanlar xəstələndiyi zaman öləcəyi ilə bağlı düşüncələr onları qorxudur”.

Psixoloq qeyd edib ki, Ümümdünya Səhiyyə Təşkilatı da koronavirusdan öldüyü bildirilənlərin böyük əksəriyyətinin həyatını itirməsinin stressdən qaynaqlandığını etiraf edib: 

“Daha sakit formada məlumatlandırmaya yol verilsə, bu ölüm hallarının sayına ciddi şəkildə təsirini göstərə bilər. Hökumət də xəstəliklərin artım səbəbi və ölümlərdə stress faktorunu araşdırsa yaxşı olar”.

Xatirə Nəsirli,Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin